FİFA referisi Rauf Cabarov təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də keçiriləcək Yunanıstan – Lixtenşteyn qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.