Rusiyalı tennisçi Mariya Şarapova Ukraynadıkı uşaqlara yardım edib.

 Offsideplus.az xəbər verir ki, 34 yaşlı idmançı bu barədə şəxsi "instaqram" hesabında paylaşım edib: 

“Hər keçən gün Ukraynada artan böhrandan əziyyət çəkən ailələrin və uşaqların şəkilləri məni çox kədərləndirir. Ehtiyacı olan ailələri dəstəkləmək üçün çalışıram. Onlara qida, su və digər ehtiyacı olan vasitələri çatdıran “Save the Children” (Uşaqları qoruyaq) təşkilatına ianə edirəm. Xahiş edirəm, bu aksiyaya qoşulun.  Mən sülh üçün dua edirəm və bütün əziyyət çəkən insanlara sevgimi göndərirəm”. 

1a06ad79 f59c 422a 8112 540c67cadb0e