Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "timsahlar" 42 yaşlı Mustafa Erlə anlaşıb. Onunla bağlanan sözləşmənin detalları açıqlanmayıb. Bu barədə klubun rəsmi saytı məılumat yayıb. O, bu postda dünən istefaya göndərilən Tamer Tunanı əvəz edib.