"Roma"nın baş məşqçisi Joze Mourinyo növbəti mövsüm üçün planın indidən hazırlamağa başlayıb.
Offsideplus.az "2 Romanista"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis keçmişdə "Mançester Yunayted"də birlikdə işlədiyi və bəyəndiyi 27 yaşlı fildişi sahilli müdafiəçi Erik Bayini komandaya cəlb etmək niyyətindədir. Oyunçu özü də yayda İtaliyaya getməyə müsbət baxır. Onun "qırmızı şetanlarla" hazırkı sözləşməsi 2024-cü ildə başa çatır.
Qeyd edək ki, Bayi bu mövsüm Premyer Liqada 4 matçda meydanda olub.