Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov " Bursaspor"un basketbol komandasının oyununa baxıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Yunanıstan təmsilçisi "Promiteas"la keçirilən matçı Tofaş İdman Zalında ailəsi ilə birlikdə izləyib.
Oyun ev sahiblərinin 85:76 qələbəsi ilə yekunlaşıb.