"Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Çempionat gərgin keçəcək".
Offsideplus.az xəbər verir ki, bunu "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
41 yaşlı mütəxəssis meydana xal qazanmaq üçün çıxdıqlarını bildirib: "Təəssüf ki, qalib gələ bilmədik. Oyunlar göstərir ki, çempionat gərgin keçəcək".
O, komandasından böyük gözləntilər olmadığını söyləyib: "Heyətə baxanda da bunu görmək olar. Amma oyunumuzla azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha çox gənclərə şans veririk. Qarşımıza hər hansı vəzifə qoyulmayıb. Mübariz komanda formalaşdırmalıyıq".(report.az)