Millimizin futbolçusu Ramil Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçidinin ləngimə səbəbi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Avstriya təmsilçisi 21 yaşlı hücumçunun transfer vərəqəsini gözləyir. Müqavilə ilə “Trabzonspor”a məxsus olan R.Şeydayevin transfer vərəqəsi göndərildikdən sonra Şeydayev rəsmən “Mattersburq”un oyunçusu olacaq. Avstriya mətbuatı bunun zaman məsələsi olduğunu yazıb.
Qeyd edək ki, R.Şeydayev ötən mövsüm icarə əsasında "Qarabağ"da oynayıb.