"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineya yığmasının heyətində Afrika Millətlər Kubokunda növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, milli komanda 3-cü turda Zimbabve ilə üz-üzə gəlib.
Kane komandanın 1:2 hesablıyla məğlub olduğu qarşılaşmada 90 dəqiqə meydanda olub və məhsuldar ötürnə ilə yadda qalıb.
Məğlub olmasına baxmayaraq Qvineya seçməsi qrupda 2-ci yeri tutub və pley-offa vəsiqəni əldə edib.