İranlı hücumçu Peyman Babayi yenidən Azərbaycan Premyer Liqasına qayıda bilər.

Redaksiyamıza daxil olan məlumata görə, "Keşlə" 27 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Oyunçu özü də yenidən ölkəmizə qayıtmağa müsbət yanaşır.

Bu məsələylə bağlı komandanın mətbuat katibi Səbuhi Məmmədov ilə əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında bunları dedi: "Peyman Babayi barədə məndə heç bir məlumat yoxdur".

CAHANDAR