Azərbaycan kubokunun 1/8 final mərhələsi bu gün başa çatıb.

Offsideplus.az xəbər verir ki,  sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Keşlə” “Qaradağ Lökbatan”la, “Sabah” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Premyer Liqa təmsilçiləri qələbə qazanmaqla sürprizə imkan verməyiblər.

Xatırladaq ki, ilk oyun günündə “Səbail” səfərdə “Zaqatala”ya 3:1, “Qəbələ” isə MOİK-ə 2:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

 

11 dekabr (şənbə)

15:00. “Keşlə” – “Qaradağ Lökbatan” 2:1
Hakimlər: 
Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev, 

Qollar: Elnur Səmədov, 7, Samir Abdullayev, 32, Rəhman Hacıyev, 58
ASK Arena

18:00. “Sabah” – “Kəpəz” 3:0

Qollar: Mikels, 57, 61, Kamran Quliyev, 90+2.

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Bank Respublika Arena

10 dekabr

MOİK – “Qəbələ” - 1:2

“Zaqatala” – “Səbail” - 1:3

1/4 final cütlükləri

2 fevral

"Zirə" - "Səbail"

"Sumqayıt"  - "Qəbələ"