Azərbaycan Premyer Liqasının 13-cü turunda dünən keçirilən "Keşlə" - "Səbail" (2:2) matçında zədələnən İlkin Qırtımovun son durumu haqqında məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq.

Klub sözçüsü Offsideplus.az-a açıqlamasında dəqiq cavabının olmadığını bildirib:

"Həkim müayinəsindən sonra hər şey dəqiq bilinəcək. Əzələ dartılması ola bilər. Amma tam cavab yoxlanışdan sonra bəlli olacaq".

Cavid Əliyev