Mövsümün sonunda “Qəbələ”dən ayrılan Ruslan Qurbanovun yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu haqda 27 yaşlı hücumçu özü məlumat verib. O bildirib ki, bundan sonra karyerasını “Səbail”də davam etdirəcək:
“Səbail”lə razılığa gəlmişəm. Millimizlə səfərdən qayıtdıqdan sonra yeni komandamla 1 illik müqavilə bağlayacağam”.
Qeyd edək ki, Qurbanov hazırda milli komandamızın düşərgəsindədir. Yığmamız iyunun 5-də Astanada Qazaxıstan, 9-da isə Riqada Latviya seçməsi ilə yoldaşlıq oyunları keçirəcək.(qol.az)