Azərbaycan Premyer Liqasında 8 tur ərzində cəmi 82 qol vurulub.

Offsideplus.az-ın araşdırmasına görə, çempionatın ən çox fərqlənən komandası “Neftçi”di. “Ağ-qaralar” rəqiblərini 16 dəfə məyus edib. İkinci sırada 15 topla “Qəbələ” yer alıb. Üçüncü pillədə rəqiblərini 14 dəfə məyus edən “Qarabağ” qərarlaşıb. 10 qol vuran “Zirə” 4-cü sırada yer alıb. Rəqib qapılarından 8 top keçirən iki komanda - “Keşlə” və “Səbail” 5-6-ci pillələrdə qərarlaşıblar. Hesabında 6 top olan “Sabah” 7-ci sırada yer alıb. Çempionatın ən az qol vuran komandası isə “Sumqayıt”dır. “Kimyaçılar” cəmi 5 qol vura biliblər.

Ümumiyyətlə, 82 qolun 47-ni meydan sahibləri, 35-ni isə qonaqlar vurub. Komandalar ən çox ikinci hissədə fərqləniblər. Vurda vurulan topların sayı 52-dir. 32 görüşün birinci yarısında isə cəmi 29 qol vurulub.

Offsideplus.az saytı olaraq ən çox qol vurulan dəqiqə aralıqlarını diqqətinizə çatdırırıq:

1-15   5 qol

16-30  10 qol

31-45  14 qol

46-60  12 qol

61-75  13 qol

76-90  27 qol