Bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Belqradda keçiriləcək Serbiya - Azərbaycan oyunu üçün nəşr olunan proqramda tanınmış azərbaycanlı idman jurnalisti Rasim Mövsümzadənin “Azərbaycan futbolu ilə bağlı ən maraqlı 10 fakt” başlıqlı yazısı da yer alıb.
Offsideplus.az xəbər verir ki, yazıda futbolumuzun əfsanəsi Anatoli Banişevskinin 1965-1972-ci illərdə SSRİ yığmasının heyətində Serbiyanın sələfi Yuqoslaviyaya ilə 4 qarşılaşmada 1 qol vurması; həmçinin "Neftçi"nin hücumçusu Vitali Şevçenkonun 1970-ci ildə Moskvada SSRİ - Yuqoslaviya (4:0) yoldaşlıq görüşünün 20-ci dəqiqəsində fərqlənməsi; məşhur azərbaycanlı hakim Eldar Əzimzadənin Serbiyanın ən tanınmış klubu “Srvena Zvezda”nın ötən əsrin 70-ci illərində UEFA kubokunda iki oyununu idarə etməsi (o cümlədən 1978-ci ildə London “Arsenal”ına qarşı); Branimir Subaşiçin 2008-ci ildə "Srvena Zvezda"nın futbolçusu kimi Azərbaycan millisində 5 matç keçirməsi, Veseljko Trivunovicin isə 2011-ci ildə “Qəbələ”nin üzvü kimi bir dəfə Serbiya millisinin formasını geyinməsi və s. maraqlı faktlar var.
Qeyd edək ki, Serbiya - Azərbaycan matçı bu axşam Bakı vaxtı ilə 22:45-də start götürəcək.