Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovu heyətinə qatmaq istəyən klubun adı məlum olub.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın yollarını ayırdığı futbolçuya Azərbaycan Premyer Liqasının klublarından biri elçi düşüb.

İsmayılovun ölkə xaricindən təkliflər alması barədə xəbərlər yayılsa da, yarımmüdafiəçi “Sabah”a keçməyə yaxındı. Premyer Liqaya yüksəldiyi üçün heyətini gücləndirmək istəyən debütant təcrübəli yarımmüdafiəçinin xidmətində maraqlıdır.(apasport.az)

 

Qeyd edək ki, Premyer Liqada 210 oyunda 36 qol vuran yarımmüdafiəçi başa çatan mövsümdə daha çox ehtiyatda qalıb. O, 28 turda cəmi 13 matça çıxıb.