“Qarabağ”dan ayrılan Rahid Əmirquliyev və Ağabala Ramazanovun yeni klubu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, hər iki futbolçu “Səbail”ə keçib.
Klubun mətbuat xidməti futbolçularla 1 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, "Səbail" 12 futbolçusu - Vüqar Nadirov, Ruslan Əmircanov, Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Faruk Miya və Yevgeni Koçukla yolları ayırıb.(qol.az)