H azırda Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə ölkəsində olan "Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çevrilişə görə ölkəni tərk edə bilmir.
Offsideplus.az xəbər verir ki, çevriliş səbəbindən bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.
Bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb.
Qeyd edək ki, müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan oyunçu icarə əsasında "ağ-qaralar"da çıxış edir.