AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.
Offsideplus.az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Keşlə" klubunun apellyasiya şikayəti təmin edilməyib və komandanın müdafiəçisi Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb.
Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməlidir.
Qeyd edək ki, Əliyev səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırıb, klubu isə 3 200 manat məbləğində cərimələnib.