“Sabah qrupda 3-cü oyunumuzu keçirəcəyik. Çox vacib qarşılaşmadır".
Offsideplus.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində sabah Lüksemburqla səfərdə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
Təcrübəli italiyalı mütəxəssis start heyətlə bağlı yekun qərarı sabah verəcəyini bildirib:
"İlk iki oyunumuz qrupun ən güclü komandalarına qarşı olub. Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik. Bir gündə hər şeyi dəyişmək olmaz. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram. Komandamız getdikcə daha da inkişaf edir. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".