"Səbail"in əvəzedici komandasına rəhbərlik edən Elman Sultanovun klubdan ayrıldığı haqda xəbərlər yayılıb.
Offsideplus.az xəbər verir ki, bu iddialar gerçək deyil. Klubun mətbuat xidməti yayılan şayiələri təkzib edib və Sultanovun komandada qaldığını açıqlayıb.
Qeyd edək ki, "Səbail"in əvəzedici komandası çempionatın qalibi olub.