“Qarabağ”dan ayrılmış və hazırda klubsuz olan Əfran İsmayılov karyerasını Türkiyədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə Oxu.Az-a futbolçu verdiyi müsahibəsində bildirib:
“Qarabağ”dan ayrıldığımı bildikdən sonra Azərbaycan klublarından bəziləri mənimlə əlaqə saxlayıb. Onlara on gün səbir etməyi məsləhət bilmişəm. Menecerim hazırda Türkiyə Superliqasının iki klubu ilə danışıqlar aparır. Türkiyənin I divizionundan da bir kluba keçə bilərdim.
Lakin həmin komanda pley-offda Superliqaya çıxmaq şansını itirdi. Mən də çalışıram ki, götür-qoy edim. Çünki Türkiyəyə tək getməyəcəyəm, ailəmi aparmalıyam, uşaqların təhsil məsələsini düşünməliyəm. Ona görə də hərtərəfli düşünüb, qərar verəcəyəm”.
Qeyd edək ki, Əfran İsmayılovun geniş müsahibəsi ilə yaxın günlərdə tanış olmaq imkanı əldə edəcəksiniz.