"Kamran Quliyev alınan futbolçunun keyfiyyətinə cavabdeh deyil. Heç vaxt da olmayacaq. Çünki rəhbərlik vəsait ayırır. Ötən il bizim keçmiş baş məşqçimiz və idman direktorumuza müəyyən vəsait ayrılıb. Onun üstündə işlədik, heyəti qurduq və çempion olduq".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişinə müsahibəsində səsləndirib.
Verilişin tam videosunu təqdim edirik: