Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunu heyətinə qatıb.

 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Tural Rzayev ilə bir illik razılaşma əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gəncə futbolunun yetirməsi olan yarımmüdafiəçi əvvəlki illərdə də klubun şərəfini qoruyub. O, "Kəpəz"in heyətində həm Premyer Liqa, həm də divizionda oynayıb.