"Sabah"dan ayrılaraq "Qarabağ"a keçən Bəhlul Musatafazadə sabiq klubuna təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, şəxsi sosial şəbəkə hesabından paylaşım edən futbolçu, "Sabah"la vidalaşıb:
"2 il öncə “Sabah”a transfer olunanda karyeramda irəli doğru addım atdığıma əmin idim. “Sabah”da olduğum müddətdə əsas milliyə dəvət aldım, millidə debüt etdim, klubda kapitanlıq sarğısını daşımaq şərəfinə nail oldum. Əlbəttə, müsbət olduğu kimi kədərli məqamlar da oldu. Hansı ki, futbolda bu cür məqamlarla qarşılaşmağımız qaçınılmaz olub. İndi geriyə boylananda, sadəcə onu deyə bilərəm ki, “Sabah”da əvəzsiz təcrübə və çox yaxşı dostlar qazandım. Hər şeyə görə təşəkkürlər, “Sabah”!