İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Luk Şounu komandada saxlamaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı oyunçunun İngiltərə millisinin heyətində Avro-2020-dəki çıxışından məmnun qalıb. Bu səbəblə, klub müdafiəçiyə yeni müqavilə təklif edəcək. Mançester təmsilçisinin yaxın günlərdə Şou ilə uzunmüddətli müqavilə üçün danışıqlar masasına oturacağı bildirilir.
2014-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyan ingiltərəli futbolçunun müqaviləsi 2023-cü ildə başa çatsa da, sözləşməni daha bir il uzatmaq seçimi var.