Rusiya millisində yeni baş məşqçi təyinatı gerçəkləşib. 

Offsideplus.az Rusiya Futbol İttifaqının saytına istinadla xəbər verir ki, bu iş Valeri Karpinə həvalə olunub. 52 yaşlı mütəxəssis bu ilin sonuna qədər həm "Rostov"u, həm də yığmanı çalışdıracaq. Anlaşmanın yenilənməsinə ilin sonunda baxılacaq. 

Qeyd edək ki, Avro-2020-dən sonra Stanislav Çerçesov Rusiya millisinin baş məşqçi postundan istefa vermişdi.