Çempionlar Liqasının II təsnifat mərhələsinin “Olimpiakos”la oyununda ciddi zədə alan Namiq Ələsgərov bu gün əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, komandanın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib: “Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.
Qeyd edək ki, "ağ-qaralar" iyulun 28-də "Bakcell Arena"da "Olimpiakos"la cavab görüşünə çıxacaq.