Ukrayna hökumətinin bu gün keçirilən iclasında maraqlı anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, Baş nazir Denis Şmıqal başda olmaqla nazirlər iclasa milli futbol komandasının formasında qatılıblar. 

Onlar Ukrayna yığmasını dünən Avro-2020-nin 1/8 finalında İsveçi 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edib, futbolçulara və məşqçilərə təşəkkür ünvanlayıblar.