“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov “Domjale”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra (1:2) görüş haqda fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, o, ağ-qaralar"ın "vuran ayağı" “Neftçi TV”yə açıqlamasında bunları deyib: “Yoxlama oyunu olsa da, qələbə qazanmaq istəyirdik. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda daha bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək. Əsas olan Tiflisdəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə qarşılaşacaq. Oyunların iyulun 7 və 14-də keçiriləcək.