“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi Səlahət Ağayevi transfer edib. 30 yaşlı qolkiper ilə 1 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Səlahət Ağayev karyerası ərzində MOİK (2010/11), “Keşlə” (2011/12, 2013-2017), “Sumqayıt” (2012/13, 2015/16) və “Neftçi” (2017-2021) klublarında çıxış edib.