"Neftçi"də daha bir ayrılıq yaşanıb.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, Səlahət Ağayevlə yollar ayrılıb. "Ağ-qaralar" təcrübəli qapıçı ilə başa çatan müqaviləni yeniləməyib.
Ağayevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, buna qədər Ahmed Ahmedovla Bruno Teluşi yola salınmışdı.