“Neftçi” klubu yeni mövsümün hazırlığına start verib.
Offsideplus.az xəbər verir ki, komandanın üzvləri təlim-məşq toplanışı çərçivəsində bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə ilk məşqə çıxıblar.
Hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun 14-dək Bakıda, ikinci mərhələsi isə ayın 16-dan 30-dək Sloveniyada təşkil olunacaq. “Ağ-qaralar” bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.
{gallery preview_height=400}2021-06-08/haz-1/{/gallery}