Roberto Mançini İtaliya millisi ilə müqavilə bağlamağa yaxındır.
Offsideplus.az xəbər verir ki, tərəflər bütün məsələlərdə razılıq əldə edib və sabah müqavilə imzalanacaq.
Müqavilənin müddəti 2 illik nəzərdə tutulub. Mançininin ilinə 2 milyon avro qazanacağı iddia olunur.
Qeyd edək ki, “Fiorentina”, "Latsio" “İnter”, “Mançester Siti”, “Qalatasaray” kimi klubları çalışdıran Mançini son olaraq “Zenit”in baş məşqçisi olub.