"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda Premyer Liqamızda mövsümünün ən yaxşı futbolçusunu seçib.
Offsideplus.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin "Report"un dəstəyi ilə keçirdiyi səsvermədə yaponiyalı ulduz "Qarabağ"dan Abdullah Zubirə səs verib.
Ümumilikdə 34 səs toplayan Zubir, səslərin 32-ni futbolçulardan, 2-ni isə baş məşqçilərdən alıb. Ona "Neftçi"nin baş məşqçisi Samir Abasov və "Sabah"ın çalışdırıcısı Ramin Quliyev səs verib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2020-21 mövsümünün ən yaxşı futbolçusu adına Namik Ələskərov layiq görülüb.