Mövsüm başa çatan kimi Azərbaycan Premyer Liqasının təmsilçilərini diqqətini yay transferlərinə yönəldib. 4 klub avrokubok tədarükünü görürsə, digərləri növbəti mövsümə hazırlaşır. Artıq "əməliyyata" start verilib.

Offsideplus.az klublardan ayrılan və yeni gələn futbolçuların adlarını təqdim edir. 

Neftçi

Gedənlər: Ahmed Ahmedov (ÇSKA, icarə müqaviləsi bitib), Bruno Teluşi, Səlahət Ağayev ("Sabah"), Keysuke Honda, Anton Krivotsyuk ("Visla", Polşa), Rener Alves, Stiven Jozef-Monroz, Tallison Dias, Cabir Əmirli, Elton Əlibəyli ("Səbail")

Gələnlər: Sezar Meza Kolli ("Keşlə"), Harramiz Soares ("Eştroil", Portuqaliya), Xəyal Nəcəfov ("Sumqayıt"), Romen Bask ("Havr", Fransa), Huqo Basto ("Eştoril", Portuqaliya)

Qarabağ

Gedən: - Mahir Emreli ("Legiya"), Uroş Matiç ("Abha", Səudiyyə Ərəbistanı)

Gələnlər: - Kadi Yuri Borqes Malinovski ("Vilafrenkenşe", Portuqaliya), Musa Qurbanlı ("Zirə", icarədən qayıdıb), Ramil Şeydayev ("Sabah"), Marko Veşoviç ("Legiya", Polşa), Bəhlul Mustafazadə ("Sabah"), Riçard Almeyda, İbrahima Vadji (Hauqesund)

Zirə

Gedənlər: Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç, Klesio Bauk, Elvin Camalov ("Sabah"), Rodriqo Bonqonqui, Mateus Albino, Fakundo Melivilo, Şəhriyar Rəhimov, Musa Qurbanlı ("Qarabağ", icarə müddəti başa çatıb)

Gələnlər: Təmkin Xəlilzadə ("Sabah"), Mehdi Cənnətov ("Sumqayıt"), Ruslan Abışov ("Sabah"), Anar Nəzirov ("Qəbələ"), Velvis Damakena ("Lvov", Ukrayna, icarə), Rauf Hüseynli ("Qarabağ", icarə), Mohamed Hamdaoui ("De Qrafshap", Niderland), Georgi Stoilov (Akademiya Pandev), Ramin Əhmədov ("Zaqatala"), Rüstəm Nuriyev ("Zaqatala"), Samir Qurbanov ("Kəpəz"), Loris Broqno (Birşot), Coşqun Diniyev

Sumqayıt

Gedənlər: Mehdi Cənnətov ("Zirə"), Cavid İmamverdiyev, Mehdi Şərifi, Cabir Əmirli ("Neftçi", icarə müqaviləsi başa çatıb), Xəyal Nəcəfov ("Neftçi")

Gələnlər: - Yusif Nəbiyev ("Qəbələ"), Xəzər Mahmudov ("Keşlə"), Eltun Turabov ("Sabah"), Tərlan Əhmədli ("Qəbələ"), Roman Hüseynov ("Qəbələ")

Qəbələ

Gedənlər: - Cavid Hüseynov, Merab Qiqauri ("Keşlə"), Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev ("Sumqayıt"), Sadiq Quliyev, Roman Hüseynov, ("Sumqayıt") Faiq Hacıyev, Ceyms Adeniyi ("Makkabi", Petah-Tıkva), Tərlan Əhmədli ("Sumqayıt"), Vinko Medimoreç ("UTA Arad", Rumıniya), Anar Nəzirov (Zirə)

Gələn: - Məqsəd İsayev ("Səbail"), Nicat Mehbalıyev ("Sabah"), Ürfan Abbasov ("Səbail"), Kristof Atanqana-Assimba ("Atletik", Bilbao, İspaniya), İsnik Alimi ("Atalanta", İtaliya), Ruan Renato (Ponte Preta)

Səbail

Gedənlər: - Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze, Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Məqsəd İsayev ("Qəbələ"), Hendrik Ekşteyn ("Orlando Pirates", Cənubi Afrika), Amil Yunanov ("Keşlə"), Nikolas Hagen

Gələn: - Şəhriyar Rəhimov ("Zirə"), Məhəmməd Mirzəbəyov ("Sabah"), Cavid Tağıyev, Domantas Şimkus ("Hapoel", Kfar-Sava, İsrail), Elmir Tağıyev, Yurgen Qoxa, Rusln Hacıyev ("Qarabağ"), Orxan Fərəcov, Camal Araqo, Elton Əlibəyli ("Neftçi")

Keşlə

Gedənlər: - Vüsal İsgəndərli ("Keçiörengücü", Türkiyə), Xəzər Mahmudov ("Sumqayıt"), Sezar Meza Kolli ("Neftçi")

Gələnlər: - Aldair Sapalo Amaro Neto ("Pelister", Makedoniya), Umar Qudiabi ("Şkupi", Makedoniya), Merab Qiqauri ("Qəbələ"), Felipe Santos ("Maribor", Sloveniya), Amil Yunanov ("Səbail")

Sabah

Gedənlər: Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə ("Zirə"), Dmitro Klots, Elşən Abdullayev, Ruslan Abışov ("Zirə"), Filip İvanoviç, Eltun Turabov ("Sumqayıt"), Mario Marina, Ramil Şeydayev ("Qarabağ"), Nicat Mehbalıyev ("Qəbələ"), Ozan Can Kökçü ("Telstar"), Bəhlul Mustafazadə ("Qarabağ"), Coşqun Diniyev

Gələnlər: Elvin Camalov ("Zirə"), Səlahət Ağayev ("Neftçi"), Xuan Kamara (“Yagelloniya”), Coy-Lens Mikels (MVV "Maastrixt", Niderland), İldar Ələkbərov, Mixeil Erqemlidze, Kristian Sebalyos ("Qatar"), Şpiro Periçiç (“Maribor”)