Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün ən yaxşı oyunçusu açıqlanıb. 

 
Offsideplus.az İdman Araşdırmalar Mərkəzinə istinadən xəbər verir ki, “Report”un dəstəyi ilə keçirdiyi səsvermə nəticəsində "Neftçi" klubunun yarımmüdafiəçisi Namiq Ələsgərov mövsümün ən yaxşı futbolçusu seçilib. Səsvermədə 8 komandadan ümumilikdə 184 nəfər (176 futbolçu, 8 baş məşqçi) iştirak edib.
 
32 namizəd futbolçu arasındandan N.Ələsgərov 51 səslə birinci yeri tutub. O, səslərdən 48-ni futbolçulardan, 3-nü isə baş məşqçilərdən alıb. Ötən mövsümün ən yaxşısı seçilmiş "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir futbolçulardan 32, baş məşqçilərdən 2 səs alaraq, bu dəfə ikinci olub. Üçüncü yeri isə "Neftçi"nin daha bir orta sahə oyunçusu Sabir Buqrin 24 səslə tutub. Ona səslərin hamısını futbolçular verib. Qalan baş məşqçilərdən 3-ü "Neftçi"dən Emin Mahmudova, biri isə "Qarabağ"dan Mahir Emreliyə səs verib.
 
Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.

Qeyd edək ki, Ələskərov 2020/2021 mövsümündə Azərbaycan çempionu və 19 qolla bombardir olub.

Xatırladaq ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl dörd ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Sumqayıt"a məxsus Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib.