Azərbaycan və Moldova komandaları arasındakı yoldaşlıq görüşünə azarkeşlər buraxıla bilər.

Offsideplus.az "Moldfootball"a istinadən xəbər verir ki, Kişinyov bələdiyyəsi idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.

Yerli federasiya "Şerif" və "Sfıntul George" komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova - Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda baş tutacaq.