"Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Qarabağ"a qalib gəlib çempion olduqları oyundan (1:0) sonra jurnalistlərə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumçu komandasına olan inamından söz açıb:
“Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir. Hər mövsüm deyirdim ki, çempion olacaq gücdəyik. Ancaq nələrsə alınmırdı. Bu mövsüm ikiqat sevindirici oldu. Çünki çempionluğun taleyi son turda həll olundu. Bu, mənim ilk çempionluğumdur. İnanıram ki, davamını gətirə biləcəyik".
Abbasov karyerasını “Neftçi”də davam etdirmək istədiyini vurğulayıb: "Bu yöndə rəhbərliklə danışıqlarım olacaq".