"Bakcell Arena"nın qapıları cari mövsüm üçün "Neftçi"nin üzünə bağlanıb.
Offsideplus.az xəbər verir ki, 24-cü turda səfərdə "Sabah"ın qonağı olan (2:2) "ağ-qaralar" qarşıdakı 3 turda meydana qonaq qismində çıxacaq. İş burasındadır ki, çempionatın üçüncü dövrəsində "Keşlə"ylə ev-səfər oyunlarının yeri dəyişdirilmişdi deyə, bakılılar bu dəfə "qırmızılar"ın qonağı olmağa məcburdur. "Keşlə", "Səbail" və "Sumqayıt"la səfərdə qarşılaşacaq "Neftçi" mövsümün sonuncu turunda "Qarabağ"ı qəbul etməlidir. Lakin "Bakcell Arena"nın örtüyünün yaydakı oyunlara hazırlanması səbəbilə flaqman əzəli rəqibini "Dalğa Arena"da qonaq edəcək.
Qeyd edək ki, "Neftçi" "Bakcell Arena"da sonuncu matçını aprelin 17-də "Zirə"yə qarşı keçirib, 4:0 hesabı ilə qalib gəlmişdi.