Sabah ölkə kubokunun yarımfinal mərhələsində cavab görüşləri keçiriləcək.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" - "Sumqayıt"ı qəbul edəcək. Lakin ənənəvi ev oyunlarını keçirdiyi "Azersun Arena"da yox, Tofiq Bəhramov adına Respublika stadionunda. Belə ki, Suraxanıdakı arenanın ot örtüyünə qulluq olunduğundan, ağdamlılar bir müddət "doğma məkan"dan uzaq qalmaq məcburiyyətindədir.

Qarşıdakı çempionat matçları yenə "Azərsun Arena"da baş tutacaq.

Qeyd edək ki, Sumqayıtdakı ilk dueldə hesab açılmamışdı. Cavab qarşılaşması sabah, aprelin 29-u, saat 17.00-da start götürəcək.