Namiq Ələsgərov “Neftçi”nin heyətində yubiley qolunu vurub.

Offsideplus.az PFL-in saytına istinadla xəbər verir ki, Premyer Liqanın 24-cü turunun “Sabah”la matçında (2:2) dubla imza atan yarımmüdafiəçinin ilk qolu onun “ağ-qaralar”ın heyətində 30-cu topu olub.
 "Ağ-qaralar"ın heyətində 119-cu görüşünə çıxan çempionatın bombardiri (18 top) ikinci dəfə fərqlənməklə qol sayını 31-ə çatdırıb. Bu qolların 28-i Premyer Liqa, 2-si ölkə kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

Ələsgərov “Neftçi”nin tarixində 30 və daha çox qol vuran 41-ci oyunçudur. Siyahıya Samir Ələkbərov (142), Anatoli Banişevski (136) və Yunis Hüseynov (103) başçılıq edir.