Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Offsideplus.az AFFA-nın saytına istinadla xəbər verir ki, “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşan yığma 1:2 hesabı ilə məğlub olub. U-18-in heyətində Ağadadaş Salyanski fərqlənib.
Milli hazırlıq çərçivəsində növbəti oyununu aprelin 21-də birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”a qarşı keçirəcək.