"Neftçi" Azərbaycan çempionatları tarixində 1400-cü dəfə fərqlənib.
Offsideplus.az xəbər verir ki, qapısından 4 cavabsız qol keçirdiyi "Zirə" ilə oyun "ağ-qaralar" üçün əlamətdar olub. Belə ki, Namiq Ələsgərov 77-ci dəqiqədə özünün ikinci, komandasının 3-cü qoluna imza ataraq, "Nefçti"nin 1400-cü qolunu vurub.
1992-ci ildən keçirilən ölkə çempionatları tarixində ən çox qol vuran komanda olan "Neftçi" 1400-ə 820-ci oyunda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,71-ə bərabərdir.
Qeyd edək ki, “Ağ-qaralar” evdə 812, səfərdə 569, neytral meydanda 20 qola imza atıb.