Azərbaycan və Qırğızıstan milliləri arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, matç türkiyəli hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi FİFA referisi Ali Palabıyık olacaq.
Azərbaycan - Qırğızıstan matçı mayın 29-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Yoldaşlıq oyunu
29 may
20:00 Azərbaycan - Qırğızıstan
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Serkan Olquncan, İbrahim Çağlar Uyarcan
Dördüncü hakim: Alper Ulusoy (hamısı Türkiyə)
Bakı. Olimpiya stadionu