Bu yaxınlarda Türkiyədə həbsdən buraxılan Mübariz Mənsimov “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcək.
Offsideplus.az xəbər verir ki, tanınmış iş adami yaxın qohumları vasitəsilə klub azarkeşlərinə xəbər göndərib.
O, futbol sahəsi ilə birdəfəlik vidalaşmadığını, “Palmali”nin işlərini qaydasına salandan sonar bu məsələyə vaxt ayıracağını bildirib.
Mənsimov “Xəzər Lənkəran”ı satmağı, yaxud kiməsə tapşırmağı düşünmədiyini elan edib.
Biznesmen zaman nişan verməyib, bununla belə, klubun dönüşünün tezliklə baş verməsinə çalışacağını diqqətə çatdırıb.
2004-cü ildə yaranan “Xəzər Lənkəran” 2016-cı ilin mayında çıxışını dayandırıb. Son turda “Rəvan”la 2:2 edərək, Premyer Liqa ilə vidalaşan cənub təmsilçisi I Divizionda yarışmaq istəməyib.(Sportinfo.az)