"Sabah" klubu 2020-ci il üçün maliyyə hesabatını təqdim edib.
Offsideplus.az klub saytındakı məlumata əsasən xəbər verir ki, "tələbələr" ötən il sponsorlardan 4,3 milyon manat gəlir əldə edib. Əlaqəlli tərəflərdən qoyulmuş ianələrlə sair əməliyyat gəlirləri birlikdə 1 971 066 manat təşkil edib. Ümumi gəlir 6 271 066 manat olub.
Əsas heyət oyunçularına 2 630 449 manat maaş verilibsə, digər futbolçuların məvacibi 92 318 manat olub. Mükafata isə 245 230 manat ayrılıb. Əməkhaqqı və mükafatlara çəkilən xərclər 2 967 997 manat təşkil edib.
Divident ödənişindən sonrakı zərər (mənfəət) 581 909 manat olub ki, bu da 2019-cu ildəki zərərlə müqayisədə 184 497 manat çoxdur (397 412).