Tovuzda “Turan Tovuz” Futbol Akademiyasında təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız  “Qəbələ”nin U-19 komandası ilə qarşılaşıb.

Görüşdə millimiz 3:1 hesabı ilə qalib gəlib.

U-17-nin qollarını Nahid Əliyev, Sənan Ağalarov və Rüfət Abbasov vurub.