DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi bu gün Serbiya yığma komandasını qəbul edib.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi komanda A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qonaq edib. Görüşdə hesabı serblər açıb. 16-cı dəqiqədə komandanın bombardiri Aleksandr Mitroviç səhnəyə çıxıb. Millimiz Emin Mahmudovla hesabı bərabərləşdirsə də, yenidən Mitroviç fərqlənib. Beləliklə, millimiz Bakıda Serbiyaya 1:2 hesabı ilə uduzub.

DÇ-2022-nin seçmə mərhələsi

III tur

A qrupu

20:00. Azərbaycan - Serbiya 1:2

Qol: Aleksandr Mitroviç, 16. Emin Mahmudov, 60-pen. Aleksandr Mitroviç, 81

Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (hamısı İsrail)

Bakı Olimpiya Stadionu

Heyətlər:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

 Serbiya: 12. Predraq Raykoviç, 2. Strahinya Pavloviç, 5. Uroş Spayiç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel. 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç (k.), 13. Stefan Mitroviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç