"Neftçi"nin futbolçusu Keysuke Honda 2014-cü ildə "Milan"a keçidi barədə danışıb.
Offsideplus.az "La Gazette dello Sport"a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İtaliya nəhəngindən təklif gələn kimi dərhal razılaşdığını açıqlayıb:
"Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya MOİK-i bu təklifi rədd etdi. "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. "Normal" oyunçular bu klubun formasını geyinə bildi. Strategiya yox idi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".
Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.