Serbiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi futbol üzrə dünya çempionatının seçmə oyunu üçün Bakıya yola düşüb.

Offsideplus.az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, qonaq komanda paytaxt Belqradı itkilərlə tərk edib.

Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə səbəbindən yığmanı tərk edib. İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə ötən gün Portuqaliya ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə qırmızı vərəqə alıb.

Qeyd edək ki, Azərbaycan - Serbiya matçı martın 30-da saat 20:00-da başl tutacaq.